20 Aprel 2021

Bu gündən sərt karantin rejimi başladı - SİYAHI

14 Dekabr 2020
217
bu-guenden-sert-karantin-rejimi-basladi-siyahi

Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də imzaladığı qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib. Ölkənin bütün ərazisində Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.
2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.
Müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər. 
Xüsusi karantin rejimi dövründə bir sıra sahələr fəaliyyət göstərəcək.
1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
1.1. elmi-tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər
üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı,
enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təchizatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat sahələri üzrə:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;
4.3. neft avadanlıqları və qurğularının istehsalı;
4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının
tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.6. kimyəvi məhsulların istehsalı;
4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer
təsərrüfatlarının fəaliyyəti;
4.8. əkinçilik və məhsul yığımı;
4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.10. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.13. mühəndislik və layihələndirmə xidmətləri;
4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.15. qablaşdırma məhsullarının istehsalı;
4.16. daş, metal və taxta məhsullarının istehsalı;
4.17. mebel istehsalı və təmiri;
4.18. diri heyvanların kəsimi.
5. Pərakəndə və topdan satış üzrə:
5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);
5.2. apteklər;
5.3. yanacaq doldurma məntəqələri;
5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. poçt xidmətləri;
6.3. kimyəvi təmizləmə;
6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.5. avtomobillərin təmiri;
6.6. avtomobil yuyulma məntəqələri;
6.7. heyvan sığınacaqları;
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
9. Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;
9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
9.3. dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.
11. Otellərin fəaliyyəti.
12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.
“Aqrobiznes” 

CV YARAT