1 Mart 2021

Budanan ağac bol məhsul verir - VİDEO

15 Yanvar 2021
119
budanan-agac-bol-mehsul-verir-video

Mövsümün ən vacib qulluq işlərindən biri - budamadır. Bağda ideal budamaya nail olmaq üçün birinci növbədə kəsici alət düzgün seçilməlidir. Bu baxımdan sizə, hər üç xüsusiyyəti özündə birləşdirən  “Felco” və “Gardena” qayçılarını təqdim edirik.  Yeni nəsil qayçılar  hər bir bağbanın asanca öyrəşəcəyi, istifadə edəcəyi formada dizayn olunub. Xüsusən, qayçı dizayn edlərkən solaxaylar üçün Felko 9, 10 seriyaları, ovuc hissəsi kiçik olanlar üçün isə 6 və 12 seriyaları nəzərə alınıb. Qayçının ortasına yerləşdirilmiş dönər polad sap sıxma qüvvətini beş barmaq arasında bərabər bölərək sərf olunan enerjini 30 faizə qədər azaldır ki, bu da əldə əzələ deformasiyası risklərini minimuma endirir, nəticədə biləyiniz yorulmur. 
Qayçının hər iki sapının plastik dizaynı hər bir istifadəçinin ovuc içinə uyğundur, odur ki, budama işi asanlaşır və insan zövq verir. Kəsici bıçaqlar polad materialdan hazırlanıb və istənilən diametrli budaqları asanlıqla, yara buraxmadan kəsir. 
Bu qayçılar peşəkar səviyyədə və möhkəm materialdan hazırlandığı üçün uzunömürlüdür, təmizliyini, itilənməsini həyata keçirməklə ondan uzun illər istifadə edəcəksiniz. Bu qayçılarda olsa-olsa yalnız xırda detallar sıradan çıxa bilər ki, onları da dəyişməklə dəfələrlə istifadə edə bilərsiniz. 
1948-ci ildən bağbanların istifadəsində olan, mükəmməl kəsmək bacarığını ortaya qoyan, universal kəsmə aləti olan  “Felco” qayçıları illərin sınağından keçib, keyfiyyət və işgüzarlıq rəmzidir. 

 

CV YARAT